“Xəzər balladası” – 50. Fransada Azərbaycan baleti günləri” kitabı nəşr olunub
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, musiqişünas Zemfira Qafarovanın tərtibçisi olduğu “Xəzər balladası” – 50. Fransada Azərbaycan baleti günləri” kitabının nəşri başa çatdırılıb.
SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, kitab Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun qələmə aldığı, Xəzər neftçilərinin həyatını Avropanın əksər ölkələrində uzun illər təbliğ etmiş “Xəzər balladası”nın 50 illiyinə həsr olunub.
“Xəzər balladası” – 50. Fransada Azərbaycan baleti günləri” kitabı “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.a
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB