Xaçmaz Regional Mədəniyyət İdarəsinin növbəti Şura iclası keçirilib

Xaçmaz Regional Mədəniyyət İdarəsinin növbəti Şura iclası keçirilib

Siyəzən Heydər Əliyev Mərkəzində Xaçmaz Regional Mədəniyyət İdarəsinin geniş tərkibdə Şura iclası keçirilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, iclasda Şura üzvləri, regiona daxil olan rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin direktorları iştirak edib. İclası giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev görülən işlərdən, əldə edilən nailiyyətlərdən, regional idarə tərəfindən regionda keçirilən tədbirlər barədə danışıb.

Daha sonra şurada gündəliyə çıxarılan məsələlər -İdarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində büdcədənkənar vəsaitlərin icra vəziyyəti, mədəniyyət müəssisələrində əmək intizamının gücləndirilməsi, Regionun mədəniyyət müəssisələri arasında dərnək müsabiqələrinin təşkili müzakirə edilib, XRMİ-nin Siyəzən rayonu üzrə nümayəndəsi Zəminə Qədirli Siyəzən rayon mədəniyyət müəssisələrində qış mövsümünə hazırlıq işləri barədə məlumat verib.

Sonda Xaçmaz Uşaq İncəsənət Məktəbinin direktoru Telnaz Adıgözəlovaya 60 illik yubileyi münasibətilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin Fəxri fərmanı təqdim edilib. İdarə rəisi mədəniyyət müəssisələrində əmək intizamının gücləndirilməsi, iş fəaliyyətlərinin günün tələblərinə uyğun qurulması, yeni layihələrin işlənib hazırlanması, mədəniyyət müəssisələrində ödənişli xidmətlərin artırılması, dərnək və kursların yaradılması və bu sahədə olan çatışmazlıqların tez bir zamanda aradan qaldırılması istiqamətində tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə