III Türk dünyası ədəbiyyat jurnalları konqresi öz işinə başlayıb
Ankarada TÜRKSOY və Avrasiya Yazıçılar Birliyinin təşkilatçılığı və Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə III Türk dünyası ədəbiyyat jurnalları konqresi öz işinə başlayıb.
SİA-nın xəbərinə görə, konqresdə 16 ölkədən 29 ədəbiyyat jurnalı, o cümlədən Azərbaycanın "Ulduz" və "Dünya ədəbiyyatı" jurnallarının təmsilçiləri iştirak edirlər. TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, rəhbərlik etdiyi təşkilat musiqi, folklor, qeyri-maddi mədəni irs və digər sahələrdə oluduğu kimi, ədəbiyyat üzrə də əməkdaşlıq layihələrinin həyata keçirilməsində mühüm addımlar atıb. Türkiyə Prezidenti Aparatının baş katibi Mustafa İsen və Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Dəliöməroğlu da son illər geniş vüsət almış türk dünyası ölkələri və xalqlarının inteqrasiyası prosesində mədəniyyət və ədəbiyyatın mühüm rolunu vurğulayıblar.
Üç gün davam edəcək konqresdə ədəbiyyat jurnallarının redaktorları "İnternetdə jurnal fəaliyyəti", "Türk respublikalarının müstəqilliyinin 20-ci ildönümündə jurnalların üzərinə düşən vəzifələr" və "2010-cu ilin ədəbiyyat mükafatlarının müzakirəsi" bölmələrində çıxış edəcəklər. Konqresin yekunlarına dair Bəyannamə qəbul olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB