ATMU-da əlavə təhsil almaq istəyən ixtisaslı kadrların seçimi başa çatıb
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) əlavə təhsil almaq istəyən namizədlər üçün qəbul müsahibəsi keçirilib. SİA ATMU-dən verilən xəbərə görə, müsahibəyə qatılıan 12 İddiaçıdan 11nəfəri əsasən Maliyyə, Menecment və Biznesin idarə edilməsi ixtisaslarını seçiblər.
Ali təhsil müəssisəsinin Əlavə təhsil üzrə müsahibə komissiyanın sədri, rektor İlham Mədətov 2018/2019-cu tədris ilində ATMU-da ikinci ixtisas üzrə təhsil almaq üçün sənəd təqdim edənlərin şəxsi işləri ilə yaxından tanış olduğunu deyib. Ölkəmizin müxtəlif ali məktəblərini uğurla bitirən mütəxəssislərin əlavə bakalavr pilləsində təhsili almaq səbəbindən müsabiqədə iştirakını müsbət dəyərləndirib. Azərbaycan Turizm və Menecment Universitetinin Elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli diqqətə çatdırıb ki, 2018/2019-cu tədris ilində ATMU-da əlavə təhsil almaq istəyənlərin daha çox olmasına baxmayaraq, iddiaçıların sənədləri müvafiq qanunvericiliyin tələbləri əsasında qəbul edilib. Beləliklə,12 nəfər müsahibədə iştirak hüququ qazanıb. Onlardan 1 nəfər müsahibəyə gəlməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB