“YARAT” da aktyor təlimləri keçiriləcək

“YARAT” da aktyor təlimləri keçiriləcək

Noyabrın 6-da “YARAT” Müasir İncəsənət Mərkəzində teatr və kino aktyoru, rejissor, ssenarist, musiqiçi, pedaqoq, Peşəkar Aktyor Təlimi məktəbinin təsisçisi Aleksandr Dzübanın rəhbərliyi ilə aktyor təlimləri keçiriləcək.

SİA-nın məlumatına görə, 17 yaşdan yuxarı insanların qatıla biləcəyi təlimlərdə say məhdudiyyəti 25 nəfərdir. Təliminin müəllifi Aleksandr Dzüba, iştirakçılara hərtərəfli düşünülmüş, çevik tapşırıqlar sistemini təqdim edəcək. Bu tapşırıqlar özünüzlə üz-üzə görüşməyə imkan verir, daha sonra, sizi öz “sərhədlərinizdən” kənara çıxaracaq və ən nəhayət, sizi büsbütün dəyişəcək. Müəllifə öz təlimini düşünüb tapmaq, ölçüb-biçmək, hesablamaq və həyata keçirmək üçün iyirmi ildən çox vaxt lazım olub. Peşəkar aktyor üsulları və texnikaları iştirakçılar üçün yeni, bəzənsə gözlənilməz rollara alışmağa imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə