“Yuğ” Teatrı oktyabr repertuarını açıqlayıb

“Yuğ” Teatrı oktyabr repertuarını açıqlayıb

Azərbaycan Dövlət “Yuğ” Teatrı oktyabr ayı ərzində maraqlı səhnə əsərləri ilə çıxış edəcək. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, sənət ocağı oktyabrın 7-də “Şok”, 13-də “Təkli”, 14-də “Bir qətlin üç versiyası” (premyera) tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.

Həmçinin, teatrın yaradıcı kollektivi oktyabrın 20-də “Naməlum Axundzadə”, 21-də “Quş dili”, 27-də “Rindu-Şeyda”, 28-də isə “Müəmmalı bir qətlin üç versiyası” tamaşalarını təqdim edəcəklər. Səhnə əsərləri müvafiq olaraq saat 19.00-da nümayiş olunacaq.

Qeyd edək ki, tamaşalar A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə