16-17 dekabr tarixlərində "İçərişəhər" tarixi muzeyi tərəfindən İSR Plaza Biznes Mərkəzində tarixi və mədəni irsimizin ayrılmaz parçası olan İçəri Şəhərə həsr edilmiş "Köhnə Bakı" adlı sərgi təşkil olunacaq. Bu barədə SİA-ya "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Sərgidə "İçərişəhər" tarixi muzeyinin eksponatları və İçəri Şəhərin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər nümayiş etdiriləcək. Eksponatlar arasında qədim geyimlər, bəzək əşyaları, müxtəlif dövrlərdə arxeoloji qazıntılar zamanı İçəri Şəhər ərazisində tapılmış antik sikkələr və dekorativ əl sənəti nümunələri yer alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB