Füzuli Dövlət Dram Teatrı yeni tamaşa ilə çıxış edib

Füzuli Dövlət Dram Teatrı yeni tamaşa ilə çıxış edib

Füzuli Dövlət Dram Teatrı rayon mərkəzindən 60 kilometr məsafədə yeni salınmış məcburi köçkünlər üçün Fin şəhərciyində yerləşən "Ulduz” körpələr evinin yaranmasının bir illiyi münasibətilə "Vəzirsiz saray” adlı nağıl tamaşa ilə çıxış edib.

SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi və quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tətibatçısı Nizami Süleymanovdur.

Rollarda Sehran Xanlarov, Qaçaq Qarayev, Elşən Gözəlov, Nicat Süleymanzadə, Vüqar Babayev, Aygün Cəfərova və başqaları çıxış edib.

Tamaşa bağça kollektivi və qonaqlar tərəfindən yüksək səviyyədə və maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə