Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert proqramı təqdim olunacaq. Mərkəzdən SİA bildirilib ki, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Tamaşaçılara görkəmli bəstəkarlar Volfqanq Amadey Motsart və Antonin Dvorjakın əsərləri təqdim olunacaq.
Azərbaycanın Xalq artisti, pianoçu Murad Adıgözəlzadə konsertdə solist olaraq çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB