“Kazax TV” telekanalı Azərbaycan mədəniyyətinə həsr olunmuş geniş veriliş hazırlayır

“Kazax TV” telekanalı Azərbaycan mədəniyyətinə həsr olunmuş geniş veriliş hazırlayır

Azərbaycanda səfərdə olan Qazaxıstanın “Kazax TV” telekanalı cari ilin 28 sentyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin qonağı olmuşdur. Mərkəzin direktoru Asif Usubəliyev qonaqları salamlayaraq Azərbaycanın mədəniyyətinə və tarixinə göstərilən bu cür maraqlarına görə öz dərin təşəkkürünü bildirmiş və müəssisənin beynəlxalq layihələri haqqında geniş məlumatlar vermişdir.

Xüsusi olaraq Beynəlxalq Türk Akademiyası ilə (TWESCO) əməkdaşlıq çərçivəsində görülmüş işlər barəsində ətraflı məlumatlar verilmişdir.

Belə ki, Akademiyanın təşəbbüsü ilə yaradılmış türkdilli xalqların Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupu haqqında söhbət açan A.Usubəliyev həmin qrupun cari ilin noyabr ayında Azərbaycanda ilk iclasının keçiriləcəyini vurğulamışdır.

Qeyd edək ki, Azərbaycan həmin işçi qrupuna rəhbərlik edir.

Ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsində mədəniyyət amilinin xüsusi çəkiyə malik olduğunu qeyd edən müəssisənin direktoru humanitar və elmi xarakterli layihələrin şaxələndirilməsini zəruri vəzifə kimi müəyyən etmişdir. Ölkə başçılarımızın bu məsələdə nümayiş etdikləri siyasi iradə humanitar sahədə əməkdaşlığımızın qaçılmaz olduğunu bildirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə