“Mənim dünyam”
Dekabrın 11-də, saat 18.00-da Müasir İncəsənət Mərkəzində gənc fotoqraf Əli Abdullayevin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Mənim dünyam" adlı foto sərgisinin açılış mərasimi olacaq. Bu barədə SİA-ya "CaspianNavTel" şirkətindən məlumat verilib.

Məlumata görə, tədbirdə Əli Abdullayevin müxtəlif motivlərdə çəkdiyi fotoşəkillər satışa çıxarılacaq. "CaspianNavTel" şirkətinin təşkilatçılığı ilə keçirilən fotosərgidən əldə olunan maddi vəsait xeyriyyəçilik məqsədilə Şağan qəsəbəsində yerləşən 3 saylı internat evinin hesabına köçürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə