Fərqanə Qasımovanın sənədləri Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub - OZƏL

Fərqanə Qasımovanın sənədləri Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub - OZƏL
Tanınmış muğam ifaçısı, xalq artisti Alim Qasımovun qızı əməkdar artist Fərqanə Qasımovanın sənədləri Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və incəsənət Arxivinə qəbul olunub. Bu barədə SİA-ya arxivin direktoru Maarif Teymurov açıqlamasında bildirib.

Direktor onu da qeyd edib ki, xanəndənin sənədləri arasında konsertlərinin afişaları, diplomları, fotoları, haqqında yazılan məqalələr, Avstriya, Almaniya və digər ölkələrdə dərc olunan jurnallar var: "Hazırda sənədlər ekspertizadan keçirilir və şəxsi fondun açılması üçün hazırlıq işləri görülür. Yaxın günlərdə Fərqanə Qasımovanın da arxivdə şəxsi fondu yaradılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə