Azərbaycan təmsilçisi Emiliya Yaqubova Batumidə keçirilən “Böyük İpək Yolunda ulduzunu tap” beynəlxalq mahnı müsabiqəsinin qalibi olub. SİA-nın məlumatına görə, üç turun nəticələrinə görə, Gürcüstandan Salome Mirianaşvili, Qazaxıstandan Miras Juqunusov və Azərbaycandan Emiliya Yaqubova hərəyə 285 bal toplayıb. Qalib püşkatma yolu ilə seçilib.
Qeyd edək ki, müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Özbəkistan, Bolqarıstan, Rumıniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Yunanıstan və digər İpək Yolu ölkələrinin gənc ifaçıları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB