Mədəniyyət Nazirliyində yeni şöbə müdirləri təyin olunub

Mədəniyyət Nazirliyində yeni şöbə müdirləri təyin olunub

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparat rəhbərinin müavinləri və şöbə müdirləri vəzifələrinə kadr təyinatları həyata keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, nazir Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, Vasif Eyvazzadə nazirliyin Aparat rəhbərinin müavini- Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri təyin edilib.

Nazirliyin Aparat rəhbərinin müavini- Hüquq və daxili təhlil şöbəsinin müdiri vəzifəsi Namiq Qulamova həvalə olunub.

Yeni yaradılan Regional siyasət şöbəsinin müdiri vəzifəsinə isə Pərviz İsgəndərli təyin edilib.

Nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Rəşad Əliyev təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə