MEK-də görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş sərgi açılıb FOTOLAR
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, repressiya qurbanı Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibəti ilə sərgi açılıb. SİA-nın məlumatına görə, sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mikayıl Müşfiqin110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təşkil edilib.
Sərgidə şairin kitabxana fondlarında mühafizə olunan, seçilmiş əsərləri - “Duyğu yarpaqları”, “Qaya” (şeirlər və poemalar), “Əbədiyyət nəğməsi”, həmçinin şairin xatirəsinə həsr olunmuş “Mikayıl Müşfiq”, Müşfiqin duyğu yarpaqları”, Müşfiqli günlərim”, “Müşfiq incəlikləri”, “Üç budaq”, Müşfiq və folklor” kimi kitablar nümayiş olunur.
Məlumat üçün bildirək ki, sərgidə nümayiş etdirilən kitablar MEK-in elektron kataloqunda qeyd olunaraq Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. Sərgi iyun ayının 11-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB