Noyabrın 18-də Londonda yerləşən Puşkin Evində səfirliyin və "Azərbaycan Evi" mədəniyyət və dostluq mərkəzinin birgə dəstəyi ilə "Gruntlers Arts" teatr qrupunun ifasında görkəmli Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş gecə keçirilib.
Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyindən SİA-ya bildiriblər ki, tədbirdə britaniyalı sənətsevərlər, Azərbaycan və rus icmasının nümayəndələri iştirak ediblər.
"Gruntlers Arts" qrupunun rəhbəri Deyvid Perri Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verərək, bu tədbirin Şərqin böyük şairinin ilk dəfə olaraq Britaniya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyətini vurğulayıb. Sonra "Azərbaycan Evi"nin idarə heyətinin sədri Əli Təkin Atalar və səfir Fəxrəddin Qurbanov çıxış edərək, görkəmli şairin həyat və yaradıcılığından bəhs etmiş, onun Azərbaycan və bütövlükdə Şərq fəlsəfi fikri və ədəbiyyatı tarixində özünəməxsus yer tutduğunu nəzərə çarpdırıblar.
Tədbirdə "Nəsimi" bədii filmindən fraqmentlər nümayiş etdirilmiş, uelsli şair Neycel Hamfreyzi görkəmli şairə həsr olunmuş şeirlər söylyib. Sonda Londonda fəaliyyət göstərən sənətçi Məhəmməd Ənsarinin bəstəsi fonunda Nəsiminin şeirləri azərbaycanlı tələbə Sənan Əliyevin ifasında həm Azərbaycan, həm də ingilis dilində səsləndirilmiş, həmçinin ingiltərəli aktyorun ifasında Nəsiminin şeirləri əsasında hazırlanmış monoloq ifa edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB