Azərbaycan Dövlət Musiqili Teatrı həftəsonunda maraqlı səhnə əsərləri ilə çıxış edəcək. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, mayın 25-də saat 19:00-da bu sənət ocağının səhnəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə yazıçı-dramaturq Əli Əmirlinin “Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olacaq. Mayın 26-da eyni saatda, Xalq Artisti Afaq Bəşirqızının iştirakı ilə “Toya bir gün qalmış”, mayın 27-də isə “Hacı Qara” tamaşaları təqdim olunacaq.
Teatrın yaradıcı kollektivi azyaşlı tamaşaçılarını da unutmayıb. Belə ki, mayın 26-da saat 12:00-da sənət ocağının səhnəsində “Qoğalın sərgüzəştləri”, mayın 27-də eyni saatda “Meşə çaqqalsız olmaz” nağıl-tamaşaları nümayiş etdiriləcək.
Tamaşaçılar biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB