“Rəqs axşamı” adlı konsert proqramı təqdim olunub FOTOLAR

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Rəqs axşamı” adlı konsert proqramı təqdim olunub. Muzeydən SİA-ya bildirilib ki, çoxsaylı musiqi və rəqs həvəskarlarının qatıldığı konsertdə iştirakçılar vals, salsa, tanqo və digər rəqs nümunələrini izləyə biliblər. Konsert çərçivəsində ustad dərsləri keçirilib, tanqo tarixinə, musiqi alətlərinə və tanqo etiketinə dair məruzələr dinlənilib.

Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramovaya Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi tərəfindən Misir Ali Təhsil Nazirliyinin diplomu təqdim olunub.

Argentinanın Bakıdakı səfirliyinin konsulu Eduardo Kavalyero rəqs axşamını ailəsi ilə birgə izləyib. Axşamın qonaqları və iştirakçıları arasında “Badi Kubə”, “İN -Tango Baku”, “TanGo ON”, “E.L. CLUB de TANGO”, Bakı Xoreoqrafiya Akademiyası, həmçinin Azərbaycanın Xalq artistləri Roza Cəlilova, Cəmilə Bayramova, “Andrey Krupin və Bakı tandemi” qrupu, Alagöz Salahova, Xalq Artisti Munis Şərifovun rəhbərliyi ilə muzeyin Qədim Musiqi Alətləri Ansamblı, Azərbaycanın Əməkdar Heykəltəraşı Hüseyn Haqverdiyev və başqaları da var idi.

Bütün xəbərlər Facebook səhifəmizdə