“Etüddən gəlirəm” adlı sərginin təqdimat mərasimi baş tutub FOTOLAR

“Etüddən gəlirəm” adlı sərginin təqdimat mərasimi baş tutub FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində reallaşan “Vətənin tərənnümü” silsiləsindən Qusar etüd plenerinin “Etüddən gəlirəm” adlı sərginin təqdimat mərasimi baş tutub. SİA-nın məlumatına görə, plener zamanı 36 rəssamın ərsiyə gətirdikləri 80-ə yaxın əsər sərgilənib.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq etüd haqqında fikirlərini sərgi iştirakçıları ilə bölüşüb.

Təqdimatda Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Xalq rəssamı Qəyyur Yunis və rəssam Rəfael Əlizadə də sərgi haqda danışıblar. Doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini öz duyğu, düşüncələrini rəsm əsərlərində əks etdimək bacarıqlarını təkmilləşdirmək, həmçinin rəssamların yaradıcılıq imkanlarını genişləndirmək, yaradıcı şəxslərin təbiətə çıxışını təmin etmək, onların palitrasına təbiətin rənglərini gətirmək və etüdə olan marağı stimullaşdırmaq məqsədi ilə həyata keçirildiyi qeyd olunub. Bu tipli tədbirlərin bundan sonra da davamlı olacağı deyilib.

Qeyd edək ki, sərgi iki gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə