Ağstafa Regional Mədəniyyət idarəsi və Ağstafa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş X Ümumxalq Kitab Bayramı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı və apratın məsul işçiləri, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi və aparatın məsul işçiləri, dövlət orqanları və təşkilatlar, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk öncə Ulu Öndərin abidəsi önünə tər gül dəstələri qoyulub, kitab və rəsm sərgilərinə baxış keçirilib.
Daha sonra isə Mərkəzin foyesində təşkil olunan Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx izlənilib və ekskursiya edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB