Əbülfəs Qarayev: "Kadr islahatları olacaq"

Əbülfəs Qarayev: "Kadr islahatları olacaq"

"Biz istiqamətimizi dəyişdirmirik, işimizi davam etdiririk". SİA-nın məlumatına görə, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Ə.Qarayev bildirib ki, turizm sənayesi artıq iqtisadi axınla idarə olunacaq: "Azərbaycan turizmi iqtisadiyyatımıza böyük töhfə verməkdədir. Mədəniyyət işçiləri də Azərbaycanın təbliğində, tanınmasında, turistlərin cəlb olunmasında, onlarla layihələrin həyata keçirilməsində fəaliyyətə davam edəcək. Bizim muzeylərdə, qoruqlarda, hər sahədə görülən işlər Azərbaycanı tanıtmağa, dərindən öyrənməyə imkan verir".

Nazir Mədəniyyət Nazirliyində kadr islahatlarının da olacağını vurğulayıb: "Kadr islahatları olacaq. Yenilik hər zaman lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə