Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə tədbir keçirilib FOTOLAR
Azərbaycan hüquqi, demokratik dövlət quruculuğu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. SİA-nın məlumatına görə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbində Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov və idarənin məsul işçiləri iştirak ediblər. Tədbirdə Azərbaycan və dünya klassiklərinin əsərləri səslənib.
Konsertin sonunda cənab Vüqar Zeynalov məktəb kollektivi ilə görüş keçirib və onlara uğurlar arzu edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB