AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu (Cİ), Azərbaycan Coğrafiya Cəmiyyəti, Rusiya Coğrafiyaçı-İçtimaiyyətçilərinin Assosiasiyası və AR Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının təşkilatçılığı ilə mayın 10-dan 14-dək Cİ-də “Azərbaycanda və Rusiyada ictimai coğrafiya və XXI yüzilliyin inkişaf prioritetləri” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.
SİA-nın məlumatına görə, tədbirdə Rusiya, Polşa, Fransa, Serbiya, Çin, Türkiyədən 50-yə yaxın alim və mütəxəssis iştirak edəcək.
“Azərbaycanda və Rusiyada XXI yüzillikdə ictimai coğrafiyanın inkişaf faktorları, tendensiyaları və prioritetləri”, “Azərbaycan və Rusiya müasir geopolitik, geoiqtisadi, geodemoqrafik və geomədəni proseslərdə”, “İctimai-coğrafiya sistemlərinin dinamikası və ərazi planlaşdırılması”, “Ekoloji təhlükəsizliyin ictimai-coğrafi aspektləri”, “Müasir ictimai-coğrafi proseslərdə landşaft fenomeni”, “İctimai coğrafiya və müasir texnoloji çağırışlar”, “Postsovet dövründə AR və RF regionların inkişafı” kimi prioritet mövzular konfransda müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB