"Atəşgah məbədi"ndə “Rənglərin festivalı” FOTOLAR

"Atəşgah məbədi"ndə “Rənglərin festivalı” FOTOLAR

"Atəşgah məbədi" Dövlət Tarix Memarlıq Qoruğu və "Ateshgah Art Center"-in birlikdə təşkilatçılığı ilə 2018-ci il 5 may tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü münasibəti ilə “Rənglərin festivalı” adlı sənətkarlıq yarmarkası təşkil olunub.

SİA-nın məlumatına görə, tədbirə Azərbaycanın bölgələrindən 80-dən artıq sənətkar qoşulub. Bakı, Gəncə, Sumqayıt, Quba, Şəki və s. rayonlardan gələn sənətkartların əl işləri Sənətkarlıq Yarmarkasında nümayiş olunmuşdur. Azərbaycan xalq sənət növlərinin bir çox sahələri: misgərlik, zərgərlik, taxta üzərində oyma işləri, xalça, kilim, tikmə, toxuma, keramika işləri və s. işlər xarici qonaqlara yüksək səviyyədə nümayiş olunub. Tədbir zamanı "AyArt studio"nun 100-dən çox rəsm əsəri sərgilənib.

Heydər Əliyev adına müasir təhsil kompleksi 23 nəfərlik heyəti ilə canlı tikmə üsulu, Bakı Oxford məktəbi keramikadan əl işlərinin hazırlanması texnologiyası nümayiş olunub. 3 nömrəli uşaq incəsənət məktəbinin kollektivi konsert proqramı, 87 nömrəli orta məktəbin müəllim və şagird kollektivi isə musiqi və əyləncə nömrələri ilə çıxş ediblər.

Sənətkarlıq yarmarkasında Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Ümumilikdə tədbirdə 1030 nəfər iştirak edib. Onlardan 200 nəfəri xarici, 418 nəfəri məktəbli, 412 nəfəri isə yerli vətəndaş olub.

Bütün xəbərlər Facebook səhifəmizdə