Gənc Tamaşaçılar Teatrı 83-cü mövsümünün ilk premyerasını edəcək

Gənc Tamaşaçılar Teatrı 83-cü mövsümünün ilk premyerasını edəcək
Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı 83-cü mövsümünün ilk premyerasını sənətsevərlərin ixtiyarına verəcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, noyabrın 12-də, saat 19.00-da "Oliver Tvistin macəraları" tamaşasının premyerası olacaq.

Çarlz Dikkensin eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşanın hazırlıq işlərinə hələ ötən teatr mövsümündən başlanılıb. Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, rejissoru Sərvər Əliyev, quruluşçu rəssamları Fuad Qafarov, Elnur Babayev, bəstəkarı Aydın Əzimov, rejissor assistenti Elnur Kərimovdur. Rəqslərin quruluşu Nicat Kazımova məxsusdur.

Böyük aktyor heyətinin rol aldığı tamaşada xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Nofəl Vəliyev, Leyli Vəliyeva, İlqar Cahangirov, Nübar Novruzova, Rafiq Hüseynov, Rahib Əliyev, Lətifə Əliyeva, Ayşad Məmmədov, Seyidşah Məmmədov, Qəmər Məmmədova və başqaları iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə