“Təxəllüsü Mixaylo” mükafata layiq görülüb

“Təxəllüsü Mixaylo” mükafata layiq görülüb
"Salnamə" kinostduyasının istehsal etdiyi "Təxəllüsü Mixaylo" sənədli filmi Sankt-Peterburqda keçirilən V Beynəlxalq "Bilik aləmi" elmi-kütləvi filmlər kinofestivalında iştirak edib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata görə, müsabiqəyə 10 ölkədən 32 film qatılıb.

Məlumat üçün bildirək ki, filmimiz münsiflər heyətinin qərarı ilə "Yeni tarixi biliyin təqdimatı" mükafatına layiq görülüb.

Qeyd edək ki, "Təxəllüsü Mixaylo" sənədli filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib. Filmin rejissoru Tahir Əliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə