“RAY” prodakşının təşəbbüsü ilə “Ağ-Qara” xeyriyyə foto auksionu keçiriləcək- Açıqlama

“RAY” prodakşının təşəbbüsü ilə “Ağ-Qara” xeyriyyə foto auksionu keçiriləcək- Açıqlama
Noyabrın 4-də, saat 19:00-da Houte Cuisne Restoraninda "RAY" prodakşının təşəbbüsü ilə "Ağ-Qara" xeyriyyə foto auksionu keçiriləcək. Bu barədə SİA-ya "RAY" prodakşının rəhbərlərindən olan Tural Faiqoğlu Səfərli açıqlamasında bildirib. O vurğulayıb ki, auksiondan əldə edilən məbləğ qüsurlu uşaqların müalicəsinə və təhsilinə sərf olunacaq: " Dəqiq nəzərdə tutulan, ancaq Saray qəsəbəsində fəaliyyət göstərən qüsurlu usaq evindəki köməyə ehtiyacı olanlara kömək edcəyik. Auksionda həm aktyor, həm də rəssam olan Bəhram Bağırzadə, rəssam və fotoqraf olan Ceyhun, Vüsal Nazimoğlu və İlkinin çəkdikləri fotoları nümayiş olunacaq.

T. Səfərli onu da bildirib ki, sərgi üçün mahnı da yazılıb ki, bu ifanı iştirakçılar həm auksioanun əvvəlində, həm də sonunda eşidə biləcəklər: "Həmin mahnının bəstəkarı Qüdrət Əsgərli, aranjimançısı isə Rabil Səfərlidir. Bəstənin adı "Bir günəş olsam"dır".

Prodakşının rəhbəri vurğulayıb ki, belə bir auksion layihə şəklində ilkdir: "Baxmayaraq ki, bizim prodakşın 2 ildir ki, fəaliyyət göstərir".

Məlumat üçün bildirək ki, tədbiri "Millətin səsi" qəzeti və "RAY" prodakşın keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə