Qədim yunan musiqi alətinin ifaçısı Milli Konservatoriyada FOTO

Qədim yunan musiqi alətinin ifaçısı Milli Konservatoriyada FOTO

Azərbaycan Milli Konservatoriyasında (AMK) Yunanıstan Milli Operasının bədii məsləhətçisi, Amerika Arxeoloji İnstitutunun müxbir üzvü, Yunanıstan qədim "Lira" musiqi alətinin ifaçısı, professor Nikolaos Ksantulisin təqdimatı ilə "Qədim yunan musiqisi, nəzəriyyə və praktikası" adlı tədbir keçirilib.

Konservatoriyadan SİA-ya bildirilib ki, tədbirdə AMK-nın rektoru, Xalq Artisti Siyavuş Kərimi, Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellosun, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Professor Nikolaos Ksantulis məruzə ilə çıxış edərək qədim yunan musiqisi haqqında ətraflı məlumat verib, "Lira" musiqi alətində bir neçə musiqi nümunələri səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə