Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Qusarda rəssamların yaradıcılıq emalatxanası təşkil edilib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Məlumata görə, Darvin Vəlibəyovun, Şamil Buksayevin, Telman Babayevin, Ələsgər Kazımovun, Fərhad İsgəndərovun, Arzu Əsgərovun, Adil Yusifovun, Anar Hüseynzadənin, Emin Əsgərovun və digər rəssamların iştirakı ilə Qusarın mənzərəli yerlərində yaradıcılıq emalatxanası yaradılıb.
Tədbir çərçivəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarında keçirilmiş rəsm müsabiqələrinin qalibləri və uşaq incəsənət məktəblərinin şagirdləri ilə praktiki və nəzəri məşğələlər keçirilib, təsviri sənətin plenerdə işlənmə qaydaları onlara öyrədilib.
Qusar rayon Mədəniyyət evində bu dövrdə rəssamlar tərəfindən işlənilən rəsm əsərlərindən ibarət sərgi keçirilib və 32 ədəd əsər Qusar Dövlət Rəsm Qalereyasının fonduna əvəzsiz olaraq verilib. Sərginin açılışından sonra rayon Mədəniyyət evində gənc müğənnilər Nurlan Əzizbəyli, Şahnaz Əliyeva, Urfan Cəfərov, Dilbər Kazımova, Ofelya Orucova və Qusar rayon Mədəniyyət evinin bədii-özfəaliyyət kollektivinin iştirakı ilə konsert keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB