Türkiyə Cümhuriyyətinin yaranmasının 87-ci ildönümü münasibəti ilə konsert keçirilib
Oktyabrın 31-də Heydər Əliyev Sarayında Türkiyə Cümhuriyyətinin yaranmasının 87-ci ildönümü münasibəti ilə konsert proqramı keçirilib. SİA-nın məlumatına görə, konserti Türkiyə səfirliyi təşkil edib. Konsertdə iştirak edən gənclərin əksəriyyəti türk tələbələri olub.
Konsertin aparıcısı Saleh Bağırov ilk olaraq Türkiyə Cumhuriyyətinin yaranma tarixi və bu dövlətin keçdiyi inkişaf yolundan bəhs edib. Daha sonra isə səhnəyə Azərbaycanın əməkdar artisti Azərini dəvət edib. Azərin konsert üçün hazırlanan xüsusi proqrama əsasən sevilən mahnılar ifa edib. Onun ifa etdiyi əsərlər izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Daha sonra səhnəyə Türkiyənin tanınmış müğənnisi Yusuf Güney çıxıb. Onun səsləndirdiyi ifalar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Məlumat üçün bildirək ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç hər iki müğənniyə xüsusi mükafat təqdim edib.
Qeyd edək ki, konsertin təşkilatçıları Azərbaycan- Türkiyə İş Adamları Birliyi (ATİB) və Azercell şirkəti olub. Konsert 2 saata yaxın davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB