“XX əsrin Norveç hekayələri” kitabı işıq üzü görüb

“XX əsrin Norveç hekayələri” kitabı işıq üzü görüb

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “XX əsrin Norveç hekayələri” kitabı işıq üzü görüb. Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, Norveç nəsrinin ümumi mənzərəsini Azərbaycan oxucusuna ilk dəfə təqdim edən kitaba müxtəlif ədəbi nəslin təmsilçiləri – T.Vesos, F.Börnset, A.Myukle, N.Y.Rüd, L.A.Holma, E.Ekland, S.Holmebakk, İ.Svinsos və Y.Qorder kimi görkəmli yazıçıların əsərləri daxil edilib.

Hekayələri Azərbaycan dilinə Yaşar, Güldəstə Nəsib, Fərhad Abdullayev, Etimad Başkeçid və Mahir N.Qarayev tərcümə edib.

Kitabın redaktoru Bəhlul Abbasovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə