Anna Netrebko və Yusif Eyvazov konsert verəcək

Rusiyanın Xalq Artisti Anna Netrebko (soprano) və Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) mayın 23-də Londonda Kral Filarmonik Orkestri ilə birlikdə konsert proqramı təqdim edəcəklər.

SİA-nın məlumatına görə, konsertdə italyan bəstəkarlarının əsərləri səsləndiriləcək. Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə