Gömrükdə 5 ədəd ov bıçağı aşkarlanıb

Gömrükdə 5 ədəd ov bıçağı aşkarlanıb

Moskva-Bakı aviareysilə gələn Rusiya Federasiyasının vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatıyla yoxlanılıb və monitorda bıçaq təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin baqaja təkrar yoxlama aparılıb. Nəticədə, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 5 ədəd ov bıcağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə