Xəbər verdiyimiz kimi, əməkdar artist Təyyar Bayramov Çinə səfər etmişdi. SİA-nın məlumatına görə, sənətçi vətəninə dönüb. Xanəndə Çində keçirilən " Ekspo 2010" festivalında iştirak edib. Olimpiya oyunlarına bənzəyən bu festival 5 ildən bir keçirilir. Bu il festival məhz Çində reallaşdı. Xatırladaq ki, növbəti dəfə "Ekspo 2015"-in İtaliyada keçiriləcəyi bildirilir.
Uzun sözün qısası Azərbaycandan bu möhtəşəm festifala böyük bir nümayəndə heyəti yola düşmüşdü. Azərbaycanın nümayəndə heyətinə Abid Şərifov rəhbərlik edirdi. Orada mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də təmsil olunurdu. Təyyar Bayramov isə səfər çərçivəsində bir neçə konsert proqramı ilə çıxış edib. Səfər təəssüratlarını ilk olaraq bizimlə bölüşən Təyyar Bayramov festivaldan məmun qayıtdığını dilə gətirdi: "Dünyanın demək olar ki, bütün ölkələrindən bu festivala qatılmışdılar. Hər bir dövlət öz musiqilərini, incəsənət nümunələrini festival boyu təbliğ etməyə çalışırdı. Biz də çalışdıq ki, Azərbaycan mədəniyyətini, musiqisini layiqincə təmsil edək. Düşünurəm ki, buna nail ola bildik. Onu da qeyd edim ki, hər bir ölkə üçün xüsusi pavilyonlar hazırlanmışdı və həmin ölkənin nümayəndə heyəti bu pavilyonlarda öz incəsənətlərini, musiqilərini nümayiş etdirirdilər. Çində keçirilən bu festival çərçivəsində biz də çalışdıq ki, pavilyonda Azərbaycan ab-havası yarada bilək. Bir gün ərzində bir neçə konsert proqramının keçirilməsinə imkan yaradılırdı. Bizim ilk çıxışımıza təxminən 6 mindən çox tamaşaçı toplaşmışdı. Artıq günün ikinci yarısı verdiyimiz konsertdən tamaşaçıların sayı 2-3 dəfə artdı. Bizim milli musiqilərimizə, muğamlarımıza xüsusi maraq hiss olunurdu. Xüsusilə də milli geyimlərimizlə maraqlanırdılar. Hətta bizə yaxınlaşıb məlumat əldə edənlər də oldu. Biz də milli mədəniyyətimiz barədə bilgilər verirdik. İnandırım sizi ki, üçlük şəklində ifamızdan sonra böyük alqışlar səsləndi. Demək olar ki, dünyanın ən qabaqcıl ölkələrinin heç birisi üçün bu qədər tamaşaçı toplaşmamışdı. Nümayəndə heyətimiz, xüsusilə Tahir Əmiraslanov milli Azərbaycan yeməklərini də nümayiş etdiridi. Hətta yeməklərdən dadanlar bu yeməklərin necə hazırlanması ilə də maraqlandılar. Ən maraqlı məqamlardan biri də o idi ki, festivalda ermənilər də iştirak edirdi. Və demək olar ki, bizim çıxışlarımız onları kölgədə qoydu. Biz Azərbaycanın xalq mahnısı olan "Sarı gəlin"i də məhz bu festivalda səsləndirməyə vacib hesab etdik. Arzu Əliyeva "Sarı gəlin"i çox gözəl təqdim etdi. Təbii ki, mən bu festivalda "Qarabağ şikəstəsi"ni də oxumalı idim. Yəni bu festivaldan xoş təəssüratla qayıtdım."
Təyyar Bayramovla söhbət əsnasında onu da öyrəndik ki, əməkdar artist Çindən qayıtdıqdan sonra növbəti qastrol səfərinə yola düşməyə hazırlaşır. Təyyar Baramov bu dəfə də xalq mahnılarımızı, muğam və təsniflərimizi Orta Asiyada, konkret olaraq Özbəkistanda səsləndirəcək. Mədəniyyət və Turizm Nazirliyinin xətti ildə Özbəkistanda Azərbaycan sənətçilərinin çıxışları nəzərdə tutulub.
Təyyar Bayramovun yenilikləri bunula da bitmir. Xanəndə hazıda paralel olaraq iki albom üzərində çalışır. Çox güman ki, bu dəfə əməkdar artist hazırladığı albomların təqdimat mərasimi də qeyd edəcək. Albomlardan birində təsniflər, xalq mahnılarımız, muğamlarımız yer alacaq. Digər albom isə sintez şəklində hazırlanır. Bu albomda muğamla poeziya vəhdət təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB