Nazir Ağsuda vətəndaşlarla görüşəcək

Nazir Ağsuda vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 23-də saat 11:00-da Ağsu rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Ucar, Kürdəmir, Göyçay, Ağsu və Zərdab rayonlarının sakinləri ilə görüşəcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə və Ağsu Rayon Kənd Təsərrüfatı İdarəsinə müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə