Fevralın 20-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Xalq Artisti, professor Arif Babayevin 80 illiyinə həsr edilən yubiley gecəsi keçiriləcək.
AMK-nın mətbuat xidmətindən SİA-ya bildirilib ki, tədbirdə görkəmli vokal, muğam və instrumental ifaçıların təqdimatında geniş konsert proqramı təqdim ediləcək. Gecədə, həmçinin sənətkarın muğam sənətinin inkişafındakı xidmətlərindən danışılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB