Aşıqların I Beynəlxalq Konfransına bu gün yekun vurulub

Aşıqların I Beynəlxalq Konfransına bu gün yekun vurulub

Bir həftə davam edən və təxminən 10-a yaxın ölkənin ozan sənətinin davamçılarının qatıldığı tədbir Gəncə şəhərində başa çatıb. Bağlanış mərasimində Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub və bir sıra rəsmilər iştirak edib.

Qeyd olunub ki, tədbirin təşkilində əsas məqsəd dövlətlər arasında olan mədəni əlaqələri inkişaf etdirmək, həmçinin saz-söz sənətini yaşatamaqdan ibarətdir.

SİA-nın bölgə müxbiri xəbər verir ki, natiqlər öz fikirlərində Azərbaycanda bu qədim sənətin inkişaf etdirilməsi, yaşadılması üçün mühüm işlərin görüldüyünə geniş yer ayırıb. Bir həftəlik festival iştirakçılar üçün olduqca xoş təsir bağışlayıb. Azərbaycandan böyük təəssüratla ayrılan qonaqlar burada bir daha incəsənətin bu qədim növünə verilən yüksək dəyərin şahidi olublar.

Konfransın gələcəkdə ənənə halına çevrilməsi qərara alınıb. Bundan sonra aşıqlar Azərbaycanda iki ildən bir öz bacarıqlarını nümayiş etdirəcəklər

Bütün xəbərlər Facebook səhifəmizdə