Türkiyədə vacib görüşlər keçirən və səfərdən razılıqla qayıdan türk dünyasının sənət kraliçası, Azərbaycanın və Dağıstanın xalq artisti, "Şöhrət" ordenli İlhamə xanım Quliyeva xoş təəssüratlarını jurnalistlərlə bölüşüb. Müğənninin mətbuat katibi Faiq Ələkbərli SİA-yabildirib ki, İstanbul Azərbaycanlıları Kültür və Sənət Mərkəzində İlhamə xanımın şərəfinə azəri və türk xanımları ilə görüş keçirilib.
Sənətçi Azərbaycan musiqisi sahəsində son zamanlar əldə edilən uğurlardan danışıb. Bu sahədə dövlət başçısı İlham Əliyevin, xanım Mehriban Əliyevanın sərf etdiyi zəhmət və müvəffəqiyyətlər haqqında geniş məlumat verib. Tədbirdə İlhamə Quliyeva sözügedən mərkəzin ödülünə layiq görülüb.
Sənətkar isə öz növbəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərini, həmçinin Azərbaycanın xalq və bəstəkar mahnılarından ibarət "Min bir mahnı" adlı kitabı mərkəzə təqdim edib.
Səfər çərçivəsində "TMB" kanalı müğənniyə hədiyyə klip çəkib. Klip sözləri Cəlal Qurbanova, musiqisi Gövhər Həsənzadəyə aid olan "Durnalar" mahnısına çəkilib. Ssenariyə əsasən, klip İstanbulun bir sıra qədim məkanlarında və digər yerlərdə çəkilməliymiş. Lakin İlhamə xanım dənizi çox sevdiyi üçün çəkilişlərin sırf dəniz kənarında aparılmasını istəyib. İstək nəzərə alınaraq klip İstanbulda dənizkənarında lentə alınıb.
Qeyd edək ki, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov dekabr ayının sonunda İstanbulda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunacaq təntənəli gecədə iştirak etməsi üçün İlhamə xanımı dəvət edib.
Bundan əlavə, İlhamə Quliyeva Türkiyədə konsert üçün bir sıra təkliflər alıb, zamanla bu konsert proqramlarını gerçəkləşdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB