Musiqili Teatrın aktyorları mükafata layiq görülüb

Musiqili Teatrın aktyorları mükafata layiq görülüb

Zirvə Ziyalılar Təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə keçirilən “Azerbaijan Best Awards” (ABA) mərasimində 2017-ci ildə yaradıcılıq fəaliyyətləri ilə fərqlənən bir sıra incəsənət, şou-biznes və müxtəlif sahələrin nümayəndələrinə mükafatlar təqdim olunub.

Azərbaycan Dövlət Musiqili Teatrın iki aktyoru da mükafat alanlar sırasındadır.

Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, Əməkdar Artisti Çingiz Əhmədov “Ən yaxşı aktyor”, Nicat Əli “İlin ən populyar televiziya seriyalı” nominasiyaları üzrə mükafatlara layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə