İlk bəstəkar əsərinin yarandığı günün 110 illiyi tamam olub FOTOLAR
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının - Azərbaycanda ilk bəstəkar əsərinin yarandığı günün 110 illiyi tamam olub. SİA-nın məlumatına görə, həmin gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan professional bəstəkarlıq məktəbinin yaradılmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış edib.
Tədbirdə muzeyin şöbə müdiri Xanım Abdinova, bəstəkar, musiqişünas, Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyeva, Əhməd Ağdamskinin oğlu, professor Telman Ağdamski Azərbaycanda bəstəkarlıq məktəbinin 110 ildə keçdiyi inkişaf yolu və nailiyyətləri barədə çıxış ediblər. Çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Xalq atristi Gülyaz Məmmədova, Əməkdar artistlər Səbuhi İbayev, Elxan Mansurov (tar), İlahə Əfəndiyeva, Nərgiz Ağayeva, Taleh Yahyayev, Azərbaycan Dövlət Musiqili Teatrının solistləri Atəş Qarayev, Fidan Babayeva, Səməd Xasıyev, Aydan Həsənova, Aysel Şahbazlı , Eleonora Mustafayeva, Əliməmməd Novruzov, Səidə Şərifəliyeva, Şaban Cəfərov, Əmrah Dadaşov, “Clarte” klarnet kvartetinin, Bakı Musiqi Akademiyasının tələbələri Beynəlxalq və Respublika Müsabiqələri laureatı Maqsud Musazadə (f-no), Mədinə Bağırova (f-no), Fidan Mirheydərzadənin (f-no) ifalarında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB