ATMU-da elmi tədqiqat işinin nəticələrinə dair məqalə çap edilib
Azərbaycan Turizm və Menecment Universitetində elmi-tədqiqat fəaliyyətinin həyata keçirilməsi istiqamətində 10 kafedra və 1 şöbə (Tədqiqat və İnkişaf) fəaliyyət göstərir. Bu qurumlarda elmi potensiallı 10 elmlər doktoru və 103 elmlər namizədi çalışır.
SİA-nın məlumatına görə, ATMU-nun “Tədqiqat və inkişaf “şöbəsinin bölmə rəhbəri, kimya üzrə fəlsəfə doktoru Qahirə Məmmədova 22 dekabr 2017-ci il tarixində ali təhsil müəssisəsində cari ilin elmi tədqiqat işlərinin yekunlarına həsr olunan ümumuniversitet konfransında qeyd edib ki, universitet əməkdaşları müxtəlif elm sahələri üzrə 10 elmi istiqamətdə 53 elmi-tədqiqat işi aparır. Elmi-tədqiqat işlərinin əksəriyyəti Azərbaycan Respublikasında tarixi-mədəni və rekreasiya potensialının, rekreasiya turizminin inkişaf etdirilməsinin strateji istiqamətlərinin, marketinq mühitinin yaradılması və yeni marketinq strategiyalarının tətbiqi xüsusiyyətlərinin və Azərbaycanın tarixinin, mədəniyyətinin müxtəlif aspektlərdən araşdırılması və onun turizm sferasında təmsil edilməsi problemlərinin tədqiqinə həsr olunub.
Daha sonra diqqətə çatdırılıb ki, 2017-2020-ci illəri əhatə edən mövzu planına uyğun olaraq kafedralarda hesabat ili daxil olmaqla ATMU-da Turizmin inkişafı məqsədilə Azərbaycan Respublikasında tarixi-mədəni və rekreasiya potensialının tədqiqi; Turizm sahəsində dövlət siyasətinin prioritret istiqamətlərini nəzərə almaqla qonaqpərvərlik sənayesinin inkişafı; Effektiv menecment vasitəsilə təşkilatların davamlı inkişafının optimal mexanizmlərinin qurulma prosesi; Sosial sahələrdə yeni marketinq modellərinin yaradılması istiqamətləri; Turizm sektorunun investisiyalaşdırılması və maliyələşdirilməsi problemləri; Turizmin inkişafı məqsədilə Azərbaycan Respublikasında turizm sahəsi üçün kadr hazırlığının təkmilləşdirilməsi; Müxtəlif dil fənlərinin tədrisi prosesində informasiya kommunikasiya texnologiyalarından istifadə; Azərbaycanda mədəni turizmin inkişafında humanitar aspktlərin araşdırılması; Azərbaycan Respublikasının milli təhlükəsizliyinin etnosiyasi amilləri; Turizmin inkişafı məqsədilə Azərbaycan Respublikasında informasiya texnologiyalarının inkişafına dair araşdırmalar uğurla davam etdirilir.
Bundan başqa dissertasiya mövzuları üzrə 46 nəfər doktorant araşdırma aparır.
Hesabat dövründə Tədqiqat və İnkişaf şöbəsində 9 tədqiqat layihəsi həyata keçirilib. Onlardan 5-də tədqiqat tam şəkildə aparılıb, 4 layihə üzrə arayış hazırlanaraq müvafiq təşkilatlara təqdim edilib.
ATMU üzrə hesabat dövründə kafedralardan alınan məlumata əsasən 117 respublika , 35 ədəd beynəlxalq səviyyəli jurnalda elmi tədqiqat nəticələrini özündə əks etdirən məqalə çap edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB