Aktyordan sərt sözlər: "Hətəmov, tüpürüm o mükafata ki, sən mənə vermisən"

Aktyordan sərt sözlər: "Hətəmov, tüpürüm o mükafata ki, sən mənə vermisən"

Aktyor Hikmət Rəhimovla “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov arasında qalmaqal yaşanıb.

SİA-nın məlumatına görə, aktyor bu haqda sosial şəbəkədə yazıb.

O, qarşı tərəfin onun haqqında dediyi rol aldığı “Üçüncü günün adamı” filminə görə 5-ci Antakya Beynəlxalq Film Festivalının “Ən yaxşı kişi aktyoru” seçilməsində onun rolu olmasına sərt cavab verib:

“Bunu deməliyəm, çünki əsəbimdən səhərə qədər yata bilməmişəm. Deməli, kinostudiyanın rəhbəri Müşfiq Hətəmov deyir ki, Hikmətin aldığı mükafatı mən həll etmişəm. Mən də sənə deyirəm ki, Hətəmov, tüpürüm o mükafata ki, sən mənə vermisən və orda-burda bunu başa vurursan. Rahat ol, dilimə də gətirən deyiləm. Bil ki, səni ora işləməyə qoyublar. Daha mütilik etməyə yox. Adamını tanı, ağıllı ol. Məni ətrafındakılarla səhv salma”.

Bütün xəbərlər Facebook səhifəmizdə