Hafiz Kərimovun 50 illik yubileyi ilə bağlı "Fəsillərlə mən" adlı fərdi sərgisi keçirilib FOTOLAR

Hafiz Kərimovun 50 illik yubileyi ilə bağlı "Fəsillərlə mən" adlı fərdi sərgisi keçirilib FOTOLAR

Bu gün tanınmış rəssam Hafiz Kərimovun 50 illik yubileyi ilə bağlı "Fəsillərlə mən" adlı fərdi sərgisi keçirilib.

Tədbirdə Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov və bir çox tanınmış rəssamlar iştirak edib.

SİA-ya açıqlama verən rəssam Hafiz Kərimov tədbir haqqında məlumat verib: " 2011-ci ildə ilk fərdi yaradıcılıq sərgim olub. Bu gün isə 50 illik yubileyim ilə bağlı olaraq, "Fəsillərlə mən" adlı ikinci fərdi sərgimi keçirirəm. Bu sərgidə 50-dən çox əsərlərim nümayiş olunur. Sərgimin adından da bəllidir ki, təbiətlə bağlı rəsmlərim sərgilənir. Gözəl təbiətimizi çəkmişəm. Ümumiyyətlə mən hər janrda əsərlər yaratmağı bacarıram. Əsərlərimi sulu boya ilə işləyirəm".

Qeyd edək ki, Hafiz Kərimov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Mahmudova kəndində anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Respublika, xarici və digər sərgilərin fəal iştirakçısıdır. Rəssamın əsərləri xarici şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə