“Böyük səhnəyə gedən yol” adlı layihə çərçivəsində növbəti konsert proqramı keçiriləcək

“Böyük səhnəyə gedən yol” adlı layihə çərçivəsində növbəti konsert proqramı keçiriləcək
Oktyabrın 30-da, saat 19.00-da Heydər Əliyev Sarayında əməkdar artist Aybəniz Həşimovanın iştirakı ilə "Böyük səhnəyə gedən yol" adlı layihə çərçivəsində növbəti konsert proqramı keçiriləcək. Bu barədə SİA-ya sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə məlumat verib. Məlumata görə, konsert saray rəhbərliyinin təşkilatçılığı və əməkdar artisti Aybəniz Haşımovanın rəhbərliyi ilə həyata keçirilir.

Konsert proqramında Gülay Qədirova, Vaqif Şıxəliyev, Aynişan Quliyeva, Amil, Həsənoğlu, Ayan Babakişiyeva, Çingiz Mustafayev, Məhin Hümbətova, Müşviq Əliyev, Tamara Muradova, Akşin Abdullayev, Nailə Zeynalova, Elçin Məhərrəmov, Səbinə Ərəbli, Mehman Talıbov, İlahə Vəliməmmədli, Habil Əhmədov, Tərlan Eyvazov və Alış Həmzəyev çıxış edəcəklər.

Konsertdə iştirakçılarını "Dan ulduzu" instumental ansamblı müşayət edəcək. Ansamblın bədii rəhbəri isə əməkdar artist Tarıyel Abbasovdur.

Məlumat üçün bildirək ki, konsertin biletləri şəhərin kassalarında satılır. Biletlərin qiyməti 10 manatdan 25 manata qədərdir.

Qeyd edək ki, Heydər Əliyev adına Saray gənc ifaçılara dəstək olmaq məqsədi ilə bu layihəni Azərbaycanın bir sıra bölgələrində də həyata da keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə