“Şah və Sultan”

İstanbuldakı "Qapı" nəşriyyatı yazıçı İsgəndər Palanın "Şah və Sultan" romanını çap edib. SİA-nın məlumatına görə, əsər Şah İsmayıl Xətai və Yavuz Sultan Səlimi qarşı-qarşıya gətirən savaşa həsr edilib.

Romanın birinci nəşri 100 min tirajla çap olunub. Əsərin çapdan çıxması münasibətilə jurnalistlərə müsahibə verən müəllif deyib ki, romanla bağlı azərbaycanlı oxucuların fikirləri onun üçün böyük əhəmiyyət kəsb edir.

1958-cı ildə Türkiyənin Uşak vilayətində anadan olan İsgəndər Pala 1979-cu ildə İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsini bitirib. Divan ədəbiyyatı üzrə Türkiyənin aparıcı mütəxəssislərindən olan professor Uşaq Dövlət Universitetində və İstanbuldakı Kültür Universitetində dərs deyir.

Onun "Babildə ölüm, İstanbulda eşq", "Qətreyi-matəm" romanları Türkiyədə ən böyük tirajla çap edilən kitablar arasında yer tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə