Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilə Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun fəaliyyəti müzakirə edildi, əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib.
Sevda Məmmədəliyeva YUNESKO-nun Yubileylər Proqramı çərçivəsində cari ilin 23 noyabr tarixində Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə YUNESKO-nun Paris şəhərində yerləşən Baş Qərargahında keçiriləcək tədbirlər barədə məlumat verdi.
Səfir Teymuraz Şaraşenidze tədbirlərin təşkilində uğurlar arzulayaraq səmimi qəbula görə nazir müavininə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB