Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin XVII qurultayına həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, qurultayda Cəmiyyətin illik hesab dövrünü əhatə edən ümumi fəaliyyətinin və gələn 5 ilə olan tədbirlər planlarının ümumi müzakirəsi aparılıb.
Tədbiri Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti Səmyar Abdullayev açıq elan edib. O, yığıncaq iştirakçılarına AzGƏC-in 2012-2017-ci illəri əhatə edən ümümi fəaliyyəti və maliyyə hesabatı ilə tanış edib: "AzGƏC bu illər ərzində gözdən əlil vətəndaşların məşğulluq, sosial adaptasiya, mənzil şəraitsizliyi kimi ümumi problemlərin həlli istiqamətində bir sıra əhəmiyyətli layihələrə imza atıb. Adiyyatı qurumlarla aparılan danışıqlar nəticəsində AzGƏC-in gözdən əlil vətəndaşların müasir dünyaya inteqrasiyası, inkluzvləşmə, təhsil və sosial-iqtisadi həyat statusunun yüksəlişi istiqamətində bir sıra əhəmiyyətli dövlət proqramlarının hazırlanmasına və tətbiqinə nail olub. diyyatı orqanlar tərəfindən aparılan araşdırmalar onu göstərdi ki, AzGƏC Respublikada ən mötəbər, hüquqi, şəffaf, konstitusion ədalət və humanizm prinsiplərinə əsaslnaraq fəaliyyət göstərən təşkilatlardan biridir. Cəmiyyətin bu illər ərzində gözdən əlil vətəndaşların ən aktual, mənzil şəraitsizliyi kimi mövcud probleminin həlli istiqamətində Bskı şəhər İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə aparılan danışıqlar nəticəsində yüzlərlə ailənin mənzil şəraiti ilə təmin edildiyini və növbəti beş illik fəaliyyət dövründə gözdən əlil ailənin mənzil ehtiyyacını qarşılayacaq layihələrin icrasına start verilib. Gözdən Əlil Uşaqlar üçün tikilmiş Bərpa Tədris Mərkəzi isə AzGƏC-in ən böyük uğurlarındandır. Onu da qeyd edim ki, 2012-2017-ci illərdə AzGƏC-in beş illik ümumi dövriyyəsi 301 min 229 AZN civarındadır".
Qurultayda Bakı şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin maliyyyə dəstəyi ilə "Sərhədsiz incəsənət" layihəsi çərçivəsində görmə və eşitmə qüsurlu uşaqlar üçün AzGƏC tərəfindən hazırlanmış tiflo və surdo cizgi filmlərinin təqdimatı keçirilib. Layihə çərçivəsində hazırlanmış kino nümunələri Respublikada yaşayan bütün gözdən əlil uşaqlara çatdırılması üçün AzGƏC-in regional təşkilatlarına paylanılıb.
Qurultayda həmçinin Cəmiyyətin növbəti beş illik dövr üçün Prezidenti, İdarə Heyəti və Məclis üzvləri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB