“Azərbaycan xalq musiqisinin əsasları” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib - FOTOSLAYD

“Azərbaycan xalq musiqisinin əsasları” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib - FOTOSLAYD
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə, xalq artisti Ramiz Quliyev, əməkdar incəsənət xadimi Zemfira Qafarova və başqaları iştirak edib.

Tədbiri ilk olaraq ABİ-nin sədri F.Əlizadə açaraq bildirib ki, bu kitabın çap olunması böyük əməmiyyət kəsb edir: "Bu kitabın hazırlanması musiqi təhsili alan tələbələr üçün əvəzolunmaz hədiyyədir. Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyli Azərbaycanın musiqi mədəniyyətini layiqincə inkişaf etdirərək xarici ölkələrdə tanıdıb".

Tərlan Seyidov tədbirdə çıxış edərək vurğulayıb ki, Sovet dövründən yeganə qalan hal Azərbaycan ladının 9-11 siniflərdə öyrədilməsidir: "Birinci siniflərə yalnız major və minor sistemləri öyrədilirdi. Kitabın nəşr olunmasında əsas məqsəd birinci siniflərin major- minor sistemlərindən əlavə, Azərbaycan ladının tədris olunmasıdır. Buna görə biz Üzeyir Hacıbəylinin əməyindən istifadə etmişik ki, onun Azərbayanın musiqi mədəniyyətinin inkişafında etdiklərini musiqi məktəblərində təhsil alan tələbələr tərəfindən lazımınca öyrənilsin".

"Bu kitab mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə çap olunub və 1000 tirajla buraxılıb. Düzdür bu tiraj xalqımız ehtiyacını ödəməyəcək. Buna görə də biz bu vəsaitin elektron variantını hazırladıq. Bunun nəticəsi olaraq dəsrliyin elektron versiyası Mədəniyyət və Turim İdarəsinin köməyi ilə "Baku-art.az" sayında yerləşdiriləcək. Düşünürəm ki, bu vəsait musiqi təhsilinə öz mübət təsirini göstərəcək və böyük marağa səbəb olacaq. Onu da qeyd edim ki, bu dərs vəsaiti Bakı Musuqi Akademiyasının studiyasında hazırlanıb. Ümid edirəm ki, bizim zəhmətimiz hamı tərəfindən qəbul olunacaq"-deyə o əlavə edib.

Tədbirin davamında xalq artisti Ramiz Quliyevin ifasında gözəl ifalar səsləndirilib və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, vəsait elmi tədqiqat üzrə musiqi məktəbləri və texnikumları üçün hazırlanıb.

Qeyd edək ki, dərs vəsaitinin tərtibçisi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə