Bakı Beynəlxalq Caz Festivalı - 2010 başlayır - FOTO

Bakı Beynəlxalq Caz Festivalı - 2010 başlayır - FOTO

Oktyabr ayının 16-dan 30-dək Bakıda "Bakı Caz Festival"ı keçiriləcək. SİA-nın məlumatına görə, bu festival dünyanın ən irimiqyaslı festivallarından biri olacaq. Festivalda Azərbaycan ilə yanaşı, əcnəbi caz ifaçıları da iştirak edəcək.

Artıq festivalın keçiriləcəyi məkanlar və iştirak edəcək caz ifaçılarının adı məlumdur. İştirakçılar arasında Mat Bianko, Al di Miola, Keiko Matsui, Monti Aleksandr, Vijay İyer Trio, Erik Vloeimaens, Diane Rives, eləcə də Jazzamor və Şakatak qrupları var.

Açılış mərasimi oktyabr ayının 16-da Heydər Əliyev adına Sarayda olacaq. Ümumilikdə isə festivalda iştirak edəcək caz ifaçılarının konsertləri M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Muğam Mərkəzində, S. Vurğun adına Rus Dram Teatrında, Bakı Caz Mərkəzində və "World Fashion" klubunda olacaq.

Bakı Caz Festivalının proqramı belədir:

Rəsmi açılış -16.10.2010

Mat Bianko - 17.10.2010

Şakatak - 20.10.2010

Al di Meola - 23.10.2010

Omar - 23.10.2010

Monti Aleksandr - 24.10.2010

Artur Dutkevix - 25.10.2010

Vijay İyer Trio - 26.10.2010

Erik Vloemans - 27.10.2010

Keyko Matsu - 28.10.2010

Mayk Minieri - 29.10.2010

Cazamor - 29.10.2010

Dian Rives - 30.10.2010

Bağlanış mərasimi - 30.10.2010

Azərbaycanı bu nüfuzlu festivalda 2009-cu il Montre Caz Festivalının qalibi, gənc cazmen İsfar Sarabski təmsil edəcək. Dahi Vaqif Mustafazadənin yadigarı Əzizə Mustafazadə və tanınmış gürcü cazmeni Nino Katamadze bəzi səbəblərdən festivalda iştirak edə bilməyəcək.

Məlumat üçün bildirək ki, festival Mədəniyyət və Turizm Nazirliyinin və "SWEET PRODUCTION"ın təşkilatçılığı ilə reallaşacaq.

Qeyd edək ki, Beynəlxalq Caz Festivalı artıq ikinci dəfədir ki Bakıda keçirilir. Sözügedən festival bu il olduğu kimi ötən il də oktyabr ayında baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə