Aşıq Ələsgərin şeir dilinə həsr olunan kitab nəşr edilib

Aşıq Ələsgərin şeir dilinə həsr olunan kitab nəşr edilib

Dilçi alim Məhərrəm Hüseynovun “Aşıq Ələsgərin söz ümmanı” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitab Aşıq Ələsgərin şeir dilinə, fərdi üslubunun başlıca atributlarının şərhinə həsr olunub. Nəşrdə aşığın poeziya dilinin, bədii üslubunun ən mühüm tərəflərinə, poetik forma sistemində müxtəlif dil vahidlərinin obrazlılıq və ekspressivlik keyfiyyətlərinə geniş yer verilib, obrazlı dil vasitələrinin hormaniyasını yaradan leksik-semantik söz qrupları, ayrı-ayrı üslubi fiqurların yüksək sənətkarlığı təmin edən bədii quruluş komponentlərinin estetik məziyyətləri təhlildən keçirilib.

Kitabın redaktoru filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, rəyçiləri filologiya elmləri doktoru, şair Ağasən Bədəlzadə və professor İsmayıl Məmmədlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə